Qarabağ döyüşçüsü 28 il sonra DTX rəisi kimi Şuşada - VİDEO

Qarabağ döyüşçüsü 28 il sonra DTX rəisi kimi Şuşada - VİDEO

Hazırda oxunan: Qarabağ döyüşçüsü 28 il sonra DTX rəisi kimi Şuşada - VİDEO

3238

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfərdə olub.

Səfər çərçivəsində Xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olub. Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşərək real vəziyyəti təhlil ediblər. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə DTX rəisinin Şuşaya getməsi ilə bağlı paylaşımlar edilib.

Əli Nağıyev şəhərin girişində Şuşa yazılan lövhənin qarşısında foto da çəkdirib. 

Qeyd edək ki, Əli Nağıyev Birinci Qarabağ Savaşında ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. 

Hazırda DTX rəisi olan general-leytenant Əli Nağıyev 90-cı illərdə Şuşa ətrafı Daşaltı kəndində döyüşlərdə iştirak edib. O, “Çaykənd əməliyyatı”ında, indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində də qəhrəmanlıq göstərib. 

Xatırladaq ki, generalın MTN xüsusi təyinatlılarının əməkdaşı kimi 1991-ci ildə Goranboydakı hərbi əməliyyatlarda iştirakını əks etdirən videogörüntüsü də yayılmışdı.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO