“Böyrəklə əlaqəli xəstəliyi olanların reanimasiya müalicəsi bir gün üçün 1000-3000 manat məbləğinə başa gəlir. Koronaviruslu xəstələrin müalicəsini isə dövlətimiz öz hesabına həyata keçirir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.
O, vətəndaşları kütləvi vaksinasiyaya dəvət edib:
“COVID-19 əleyhinə vaksin insan orqanizmində xəstəliyə qarşı antitel yaradır və yoluxma zamanı xəstəliyin yüngül keçirilməsinə şərait yaradır. Dializ alan və uroloji patologiyadan əziyyət çəkənlər vaxtlı vaxtında həkimə müraciət etməlidir. Pasiyenti xəstəxanaya qəbul etməmişdən qabaq PCR testi edilir, KT müayinəsi aparıldıqdan sonra yatışlarını həyata keçiririk. Palata və reanimasiya şəraitində yatan xəstələr üçün lazımi addımlar atılır, dezinfeksiya tədbirləri tətbiq edilir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:37 / 12.08.2021
Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
Hazırda oxunan: Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
Hazırda oxunan: Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
32375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.