AQTA rəsmisi: “Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün pomidor və bibər toxumları laboratoriyada yoxlanılır”
"Hazırda dünyanın müxtəlif ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vura bilən bitki mənşəli viruslar yayılır. Bu virusların ölkəmizə daxil olmasının qarşısını almaq üçün idxal edilən pomidor və bibər toxumlarının virusdan azad olması əsas tələblərdəndir".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Bildirilib ki, xəstəlik əlamətləri göstərməsə belə toxumlar qonur qırışıqlıq virusuna yoluxmuş ola bilər və bunu nəzərə alaraq idxal zamanı pomidor və bibər toxumları laborator müayinələrə cəlb edilir:
“Pomidor meyvələrinin qonur qırışıqlıq virusu toxum, torpaq, alaq otları vasitəsilə yayılır. Həmçinin virus əkin sahəsində istifadə edilən alətlər, işçilərin təması, geyimi və tozlandırıcı həşəratlar vasitəsilə də yayıla bilir. Pomidor meyvələrinin qonur qırışıqlıq virusu idxal edilən pomidor və bibər toxumları ilə yeni areala daşına bilir. Bundan başqa, istehlak məqsədilə idxal olunan yoluxmuş pomidor və bibər meyvələri də virusun yayılmasına zəmin yaradır”.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva bildirib ki, virusla mübarizədə məlum kimyəvi maddələr təsirsizdir və virusa qarşı davamlılıq genləri daşıyan pomidor hibrid və sortları mövcud deyil:
“Qonur qırışıqlıq virusu məhsulun əmtəəlik keyfiyyətini aşağı salır, təsərrüfat sahəsində qısa müddətdə yayılır, həmçinin bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verir. Bütün bunları nəzərə alaraq virusun kifayət qədər böyük həcmdə məhsul itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:46 / 12.08.2021
Virusun qarşısını almaq üçün idxal olunan toxumlar yoxlanılır? - AÇIQLAMA
Hazırda oxunan: Virusun qarşısını almaq üçün idxal olunan toxumlar yoxlanılır? - AÇIQLAMA
Hazırda oxunan: Virusun qarşısını almaq üçün idxal olunan toxumlar yoxlanılır? - AÇIQLAMA
32337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.