Aşurada niyə hədik bişirirlər? – Möcüzəvi FAYDALARI

Aşurada niyə hədik bişirirlər? – Möcüzəvi FAYDALARI

Hazırda oxunan: Aşurada niyə hədik bişirirlər? – Möcüzəvi FAYDALARI

32326

İki gündür ki, Məhərrəm ayı başlanıb. Avqust ayının 19-da isə Aşura günü keçiriləcək.
Azərbaycanda Aşura günündə İmam Hüseyn ehsanı olaraq paylanılan xörəklərdən biri də hədikdir. Hədik hazırlanması ənənəsinin necə yaranması ilə bağlı isə müxtəlif hekayələr var.

Bizim.Media söylənilən rəvayətlərdən birini xatırladır:

“Kərbəla əsirləri Şam xarabalığında qaldıqları zaman körpələr açından ağlamağa başlayıb. Ərzaq olmadığı üçün xanım Zeynəb qazanın içinə bir ovuc xırda daş atıb və "bir azdan xörək hazır olar, yeyərsiniz" deyə, uşaqları aldatmağa çalışıb. Allahın möcüzəsi ilə qazanın içində daşlar dənli bitkilərə çevrilib və xörək hazır olub”. 

Rəvayətlə bağlı müxtəlif yanaşmalar olsa da, ölkəmizdə Aşura günü hədiyin hazırlanması ənənəyə çevirilib.

Mütəxəssislər hədiyin çoxsaylı faydalarının olduğunu bildiriblər.

Qeyd olunur ki, hədik immuniteti qüvvətləndirərək, bədənin müqavimətini artırır, ürək və damar sisteminə müsbət təsir edir, depressiyanın qarşısını alır.

Yüksək enerjisi və vitamin-mineral çoxluğu ilə uşaqları zəka inkişafı üçün lazımlı qidalarla təmin edir.

Tərkibində olan paxlalı bitgilər bağırsaqların fəaliyyətini tənzimləyərək, bağırsaq xərçənginə tutulma riskini azaldır.

Noxud, lobya kimi qidalar bitki mənşəli zülallarla zəngin olduğu üçün hədik həm də vegeteryanların zülal ehtiyaclarını təmin edir.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO