“Cəfər Cabbarlı” stansiyasının yerüstü sahəsində təmir işləri - FOTO

“Cəfər Cabbarlı” stansiyasının yerüstü sahəsində təmir işləri - FOTO

Hazırda oxunan: “Cəfər Cabbarlı” stansiyasının yerüstü sahəsində təmir işləri - FOTO

32307

“Cəfər Cabbarlı” stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsinə iki istiqamətdə - tunel yolunda və yerüstü sahədə başlanılıb.

Bakı Metropolitenindən Bizim.Media-ya verilən məlumata görə, plana uyğun olaraq, stansiya ilə yanaşı, onun davamı olan bitişik tunel yolunun bir hissəsində metropoliten tarixində ilk dəfə ağac şpalları dəmir-beton bloklar əvəzləyəcək.

İlk əvvəl təmir aparılan yolun təmas xətti sökülüb, relslər çıxarılıb.

Yol yatağının dağıdılmasının daha sürətli aparılması məqsədilə maşın və mexanizmlər cəlb edilib. İlk işlərə məhz tunel sahəsində başlanılıb.

Yerüstü sahədə (“28 May” stansiyasının qarşısındakı meydança) “Cəfər Cabbarlı” stansiyasının konstruksiyalarının mühafizəsini gücləndirmək üçün izolyasiya təbəqəsi və kommunikasiya xətləri yenidən qurulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO