Azərbaycan dili fənni üzrə növbəti imtahan olacaq

Azərbaycan dili fənni üzrə növbəti imtahan olacaq

Hazırda oxunan: Azərbaycan dili fənni üzrə növbəti imtahan olacaq

32279

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 12-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə növbəti test imtahanı keçiriləcək.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:

1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları.

2. Ümumi orta (9 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş imtahanda iştirak edərək qeyri-məqbul qiymət alan və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari ilin abituriyentləri;

3. Daha əvvəl keçirilmiş imtahanlarda iştirak edərək qeyri-məqbul qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri.

İştirakçılar buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər.

Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim olunmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO