Göyçayda yatarkən qana batan uşaq Bakıya gətirilib. Moderator.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Rövşən oğlu Abdullayev yatandan beş dəqiqə sonra onun gözlərindən, qulağından və burnundan qan axır, sifəti qandan görünməz hala düşür.
Artıq həmin uşağı müalicə üçün Bakıya gətiriblər.





























































































