Səhiyyə Nazirliyindən vətəndaşlara TÖVSİYƏ

Səhiyyə Nazirliyindən vətəndaşlara TÖVSİYƏ

Hazırda oxunan: Səhiyyə Nazirliyindən vətəndaşlara TÖVSİYƏ

32199

“Koronavirus əleyhinə vurulan peyvəndin iki dozası ömürlük immunitet yaratmır. Yəni zamanla öz effektini itirmiş olur. Ona görə də iki dozanı vurduran şəxslərə immun yaddaşını gücləndirmək üçün üçüncü dozanı vurdurmaq tövsiyə edilir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yeni ştamlardan qorunmaq üçün immunitet bir daha gücləndirilməlidir: “İlk növbədə, səhiyyə işçilərinə bu dozanı vurdurmaq tövsiyə edilir.
 

MÖVZU İLƏ BAĞLI:

DİQQƏT! Koronavirusun yeni ştamlarında burun axması olur - SİMPTOMLAR


Çünki onlar daim koronaviruslu xəstələrlə təmasda olurlar. İkinci növbədə, yaşlı şəxslər, daha sonra xroniki xəstəliyi olanların bu dozanı qəbul etmələri məsləhətdir. Təbii ki, bu, məcburi hal deyil. Burada heç bir iqtisadi maraq güdülməməlidir. Dünya təcrübəsi əsas götürülərək vətəndaşlara üçüncü dozanın vurulması məqsəduyğun hesab edilib”.

Mütəxəssis bildirib ki, istənilən vaksin növündən üçüncü dozanın vurulmasında istifadə oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO