Şuşa şəhəri ətrafında atışma olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
“Son gündə atəşkəsin ciddi şəkildə pozulması baş verməyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan ordusu Basarkeçər rayonundan mövqelərimizi atəşə tutdu
Eyni zamanda, 9 avqust saat 17.45-də Şuşa şəhəri ətrafında “Dağlıq Qarabağ”ın (Rəsmi Moskva yenə bu ifadəni yazıb) silahlı birləşmələri ilə Azərbaycan silahlı qüvvələri arasında atışma baş verib.
Rus sülhməramlılarının səyləri ilə atışma dayandırılıb, itki yoxdur. Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfi ilə birlikdə araşdırma aparır", - deyə məlumatda bildirilir.
Bizim.Media