Quba rayon polis şöbəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı daha bir uğurlu əməliyyat keçirib.
Bizim.Media bildirir ki, əvvəllər FHN-də işlədiyi bildirilən Quba şəhər sakini,E.Mustafayev-9 ünvanında yaşayan Rəşid İkram oğlu Məmmədov 17 qram heroini satarkən polis əməkdaşları tərəfindən yaxalanıb.
MÖVZU İLƏ BAĞLI:
Narkotacir 4 kiloqram narkotiklə tutuldu - ƏMƏLİYYAT DAVAM EDİR - FOTO
28 yaşlı Rəşid Məmmədovun əvvəllər FHN-də işlədiyi,narkotikdən istifadə etdiyi üçün bir müddət əvvəl işindən kənarlaşdırıldığı bildirilir. Fakta görə Quba rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.Əməliyyat-istintaq tədbirləri davam edir.
Bizim.Media