Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ!

Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ!

Hazırda oxunan: Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ!

32098

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsi həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilir ki, müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı, Sumqayıt və Abşeronda vakant müəllim yerlərinin sayı açıqlandı


Eyni zamanda müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb.

Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO