Deputatlarımız harada DİNCƏLİR? – “Elə yer axtarıram ki...” – SORĞU +ÖZƏL

Deputatlarımız harada DİNCƏLİR? – “Elə yer axtarıram ki...” – SORĞU +ÖZƏL

Hazırda oxunan: Deputatlarımız harada DİNCƏLİR? – “Elə yer axtarıram ki...” – SORĞU +ÖZƏL

32058

Qızmar yay günlərində hər kəs mümkün qədər istirahət etməyə üstünlük verir. Sıravi vətəndaşlardan fərqli olaraq deputatların istirahəti hər zaman ictimaiyyətin maraq dairəsindədir.

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Parlament üzvləri avqustun 30-dək tətildə olacaqlar. 

Maraqlıdır, yay tətilini Milli Məclisin deputatları necə və harada keçirirlər? Parlamentin bir neçə deputatı arasında qısa sorğu keçirdik.
 

MÖVZU İLƏ BAĞLI:

Silah istəyən DEPUTATLAR – Maraqlı SİYAHI


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov istirahətini elə Bakıda keçirir:



“Bakıdayam. Arada Qubaya gedib gəlirəm. Heç yerə də getmək fikrim yoxdur. Elə Bakıda istirahət edəcəyəm”, deyə deputat əlavə edib. 

Parlamentin Mədəniyyət komitəsinin üzvü Fazil Mustafa yay tətili ilə bağlı hər hansı panı olmadığını açıqlayıb.



Xarici ölkəyə getmədiyini və belə bir fikri olmadığını vurğulayan deputat hərdənbir bölgələrimizə üz tutduğunu qeyd edib:

“Əvvəla media məni dincəlməyə qoymur. Amma Bakıda və öz evimdə, həyətimdə istirahət edirəm. Kitabım üzərində çalışıram. Hər halda vaxtımı səmərəli keçirirəm. Arada Naxçıvana, İsmayıllıya və Şamaxıya gedirəm. Gedəndə isə ailəmlə bir - iki gündən artıq çox qalmıram”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bir neçə gündən sonra sərin bölgələrdən birində avqustun sonuna kimi dincəlmək fikrindədir:



“Hələlik Bakıda və bağımdayam. Hər zaman olduğu kimi... Hansı bölgəyə gedəcəyimi düşünürəm və havanın temperaturuna baxıram. Hər halda Şimal-Qərb bölgələrindən biri olacaq. Mənə elə bir yer lazımdır ki, gedim və bu istini bədənimdən çıxarım. Hesab edirəm ki, tapacam”.

Deputat Aydın Hüseynov hazırda Tovuz Rayonunun Çataq kəndində dincəlir:



“Hazırda da öz kəndimizdəyəm. Bir müddət burada olacağam. Sonra gəlib Qaradağda seçicilərlə görüşəcəm. Sentyabrın 1-dən isə işə çıxacağam”.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudovla danışa bilmədik. Millət vəkilinin xanım köməkçisinin sözlərinə görə həkim məzuniyyətdədir. 



Millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə artıq istirahətdən qayıdıb:

“Azərbaycanı tərk etməmişəm. Sadəcə olaraq qəsamüddətli Qərb bölgəsinə gedib qayıtmışam. Hazırda iş başındayam və kütləvi informasiya vasitələri ilə çalışıram”.



Sorğumuz zamanı bir neçə qadın deputatlarla da əlaqə yaratmağa çalışdıq. Amma zənglərimizə cavab verən olmadı. Görünür, istirahətdə olduqları üçün rahatsız olmamalarını üstün sayıblar. 

Deputat Razi Nurullayev isə yay tətilini keçirmədiyini deyib:



"İşlər və problemler çoxdur. Bu səbəbdən heç nə edə bilmirik. Sabah da rayona səfər etməliyəm. İş başındayam. Hələki planda yoxdur".

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO