“Yüksəliş” müsabiqəsinin qaliblərinə mükafat verildi - FOTO

“Yüksəliş” müsabiqəsinin qaliblərinə mükafat verildi - FOTO

Hazırda oxunan: “Yüksəliş” müsabiqəsinin qaliblərinə mükafat verildi - FOTO

32047

ADA Universitetində “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, “Yüksəliş” İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər. 

Çıxışlardan sonra müsabiqənin Təşkilat Komitəsinin sədri və idarəçi rəhbərlər qaliblərə mükafatları və sertifikatları təqdim ediblər. 

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11.760 nəfər qeydiyyatdan keçib.

Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib. Müsabiqənin finalında idarəçiliklə bağlı bilik və bacarıqlarına görə seçilən 27 nəfər qalib elan olunub.

Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onların hər biri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (//yukselish.az/mentors.html) və 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO