Düşmən tərəfə ötürülən zərərçəkmiş necə ZORLANIR? – “Tərtər işi”ndən daha bir VİDEOFAKT 

Düşmən tərəfə ötürülən zərərçəkmiş necə ZORLANIR? – “Tərtər işi”ndən daha bir VİDEOFAKT 

Hazırda oxunan: Düşmən tərəfə ötürülən zərərçəkmiş necə ZORLANIR? – “Tərtər işi”ndən daha bir VİDEOFAKT 

32033

“Tərtər işi” cinayətinin növbəti istintaq məlumatını təqdim edirik. 

Qeyd edək ki, “Tərtər işi” ilə bağlı Bizim.Media-nın sorğusuna əsasən Respublika Hərbi Prokurorluğu redaksiyamıza bir neçə istintaq videoları təqdim edib.

Bu dəfəki istintaq videosunda N saylı hərbi hissənin zabiti Faiq Əlibəy oğlu Əhmədovun baş leytenant hərbi rütbəsində qulluq edən zaman düşmənlə məxfi əlaqəyə girməsindən, pul müqabilində bir neçə hərbi qulluqçumuzu düşmən tərəfə satdığından bəhs olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

Ehtiyatda olan polkovnikdən “Tərtər” işi ilə bağlı – “Təmiz adamları çirkaba batırmaq...” - ÖZƏL


Videogörüntüdə Faiq Əhmədovun zərəçəkmiş əsgəri düşmən tərəfə necə ötürməsi, 3 nəfər tərəfindən yaxalanması, başına silah tuşlanaraq zorlanması və digər dəhşətli faktlar yer alıb. 

Xatırladaq ki, “Tərtər işi”ndə istintaq əməliyyat qrupunun üzvü hazırda Tərtər Hərbi Prokuroru vəzifəsində çalışan Hümmət Məmmədov saytımıza müsahibəsində Faiq Əhmədovun Azərbaycan Ordusunda xidmət edən bir neçə hərbi qulluqçunun olduğu yerin koordinatlarını düşmən tərəfinə ötürdüyünü, Ermənistan ordusu tərəfindən bu məlumatlardan istifadə edilərək müvafiq silahlar işlədilməklə hərbi qulluqçumuzu qətlə yetirildiyini bildirmişdi.

O, bu faktların da tam olaraq sübuta yetirildiyini və istintaq materiallarında əksini tapdığını qeyd etmişdi. 
 

MÖVZU İLƏ BAĞLI:

“Tərtər işi”nin müstəntiqindən ÖZƏL MÜSAHİBƏ - İSTİNTAQ VİDEOLARI


Leytenant Faiq Əhmədovun zərərçəkmiş əsgərlə üzləşmə səhnəsi əks olunan videogörüntünü təqdim edirik:

Alçina Amilqızı, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO