Mərkəz qadağan zonasına çevriləcək – Bakının Baş Planı nə vaxt təsdiqlənəcək? - FOTO

Mərkəz qadağan zonasına çevriləcək – Bakının Baş Planı nə vaxt təsdiqlənəcək? - FOTO

Hazırda oxunan: Mərkəz qadağan zonasına çevriləcək – Bakının Baş Planı nə vaxt təsdiqlənəcək? - FOTO

32029

Bakı şəhərinin Baş Planı hələ təsdiqlənməyib.

Bu barədə Bizim.Media-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ Dirçəliş Fondu YENİ PLAN hazırlayıb - VİDEO


Qeyd edək ki, "Böyük Bakının Regional İnkişaf Planı" Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir.

Təqribən bir ay əvvəl Komitədən sənədin yekunlaşaraq, təsdiq üçün göndərildiyi açıqlanıb. 

“Baş Planın ilin sonunadək təsdiqlənəcəyi gözlənilə bilərmi” sualına cavabında da Ramiz İdrisov bununla bağlı onda məlumatın olmadığını deyib. Qeyd edib ki, sənəd təsdiqlənən zaman ictimaiyyətə açıqlama veriləcək.

Xatırladaq ki, Baş Planın 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə etməsi nəzərdə tutulub.

Layihəyə görə Bakı şəhərində yeni mərkəzi rayon yaradılacaq. Yeni rayon paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının bəzi hissələrini əhatə edə bilər. Qeyd olunur ki, mərkəzi şəhərin içərisində ərazisi 425 hektar olan xüsusi mühafizə ərazisi olacaq. Burada müxtəlif məhdudiyyətlər tətbiq olunması nəzərdə tutulub. 

Xatırladaq ki, sonuncu Baş Plan isə 1986-cı ildə təsdiqlənib.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO