Peşə təhsili müəssisələrinə tələbə qəbulu başladı

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başladı

Hazırda oxunan: Peşə təhsili müəssisələrinə tələbə qəbulu başladı

32022

Bu gündən peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır.

Bizim.Media xəbər verir ki, ötən ildə olduğu kimi peşə təhsili müəssisələrinə tələbə qəbulu elektron qaydada ödənişsiz formada aparılacaq.

Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir.

Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və “SMS” bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur.

Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO