“Dünyanı başıma dar edən dəhşətli xəbəri də burada aldım” - Vilayət Quliyev

“Dünyanı başıma dar edən dəhşətli xəbəri də burada aldım” - Vilayət Quliyev

Hazırda oxunan: “Dünyanı başıma dar edən dəhşətli xəbəri də burada aldım” - Vilayət Quliyev

32005

“Ömrün daha bir səhifəsi qapanır. Sabah Vətənə dönürük”.

Bizim.Media-nın məlumatına görə, bunu Macarıstanda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılan Vilayət Quliyev feysbuk hesabında yazıb.

O qeyd edib ki, həyatının az qala altıda bir hissəsi Macarıstanda keçirib:

“Bir az astagəl, çoxdanışan olsalar da, sadəliyi və səmimiliyi ilə seçilən macar insanını sevdim. Mənə çox doğma, çox yaxın göründülər. Siyasətçilərlə faydalı təmas qurduq. Elm adamları arasında çoxlu dostlar tapdım. Xalqlarımızı, ölkələrimizi yaxınlaşdırmaq, biri-birinə daha yaxşı tanıtmaq üçün birgə çalışdıq. Ailəmizin – həmişə mənə dayaq olan xanımımın, övladlarımızın – Şamillə Humayın çoxlu sevincli günlərinin ünvanı Budapeşt oldu… Və təəssüf ki, ürəyimizi parçalayan, dünyanı başımıza dar edən ən dəhşətli xəbəri də burada aldıq. Nə qədər ağır, iztirablı olsa da, ayaqda qalmağa və Allahın bəxş elədiyi ömrü ləyaqətlə yaşamağa çalışırıq… Amma gərək belə olmayaydı!”- deyə sabiq səfir vurğulayıb. 

Xatırladaq ki, bu ilin martında V. Quliyevin qızı Humay Quliyeva gənc yaşlarında dünyasını dəyişib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO