Yağdan təkrar istifadə xərçəng metastazını sürətləndirir - XƏBƏRDARLIQ

Yağdan təkrar istifadə xərçəng metastazını sürətləndirir - XƏBƏRDARLIQ

Hazırda oxunan: Yağdan təkrar istifadə xərçəng metastazını sürətləndirir - XƏBƏRDARLIQ

31997

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası çərçivəsində agentlik və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisləri Aysel Məmmədova və Xədicə Doldolova yağların təkrar istifadəsinin orqanizmə mənfi təsiri haqqında məqalə hazırlayıb.

Bizim.Media-nın məlumatna görə, məqalədə deyilir ki, yağlardan dəfələrlə istifadə edilərək qidalar hazırlanır.

Bu zaman yağların tərkibi dəyişərək təhlükəli birləşmələrə çevrilə bilir:

“Dəfələrlə qızdırılan yağlarda hazırlanan qidanın istehlakı orqanizmdə ciddi fəsadlara gətirib çıxara bilir. Araşdırmalar göstərir ki, yağların yüksək temperaturda qızdırılması mutagenlərin əmələ gəlməsinə əhəmiyyətli dərəcədə təsir edir. Yağların müxtəlif şəraitdə yüksək temperaturda qızdırılması zamanı fiziki-kimyəvi xüsusiyyətləri dəyişir. Xüsusən də açıq hava şəraitində bir neçə kimyəvi reaksiya baş Təkrar qızdırılmış yağdan hazırlanmış qidaların mütəmadi istehlakı orqanizmin antioksidant müdafiə sistemini poza bilir və ürək-damar xəstəliklərinin, diabetin də yaranması riskini artırır”.

Bildirilir ki, təkrar qızdırıldıqda oksidləşmə nəticəsində lipidlərin deqradasiyası sürətlənir: 

“Heyvanlar üzərində aparılmış tədqiqat nəticəsində həzm sistemi orqanlarının qıcıqlanması, qaraciyər problemləri, böyümənin ləngiməsi, müxtəlif zəhərlənmə simptomları aşkar edilib. İllinoys Universitetində aparılmış tədqiqatlar nəticəsində müəyyən olunub ki, yağların təkrar istifadəsi xərçəng metastazlarının inkişafını sürətləndirir. Tədqiqat üçün gəmiricilərdən bir qrupu adi soya yağı, başqa qrupu isə 16 həftə ərzində termal işlənmiş yağlarla bəslənilib. Aparılmış tədqiqat nəticəsində son mərhələdə gəmiricilərdə xərçəng xəstəliyinin yarandığı, həmçinin təkrar yüksək temperaturda qızdırılmış yağla qidalanmış siçanlarda digər qrupla müqayisədə metastazın inkişafının 4 dəfə çox müşahidə edildiyi müəyyən olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO