Etibar Mirzəyev:

Etibar Mirzəyev: "Biz burada yeni qardaşlıq salnaməsi yazırıq"

Hazırda oxunan: Etibar Mirzəyev: "Biz burada yeni qardaşlıq salnaməsi yazırıq"

31935

Çox sevinclə qeyd etmək istərdim ki, biz burada 743 nəfər şəxsi heyətimizlə və ölkəmizi təmsil edən mətbuat nümayəndələrimizlə birlikdə bütün Türkiyə ictimaiyyəti, icra orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, dövlət rəsmiləri, deputatlar tərəfindən olduqca xoş, isti münasibətlə qarşılanmışıq".

Bizim.Media xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Türkiyənin Muğla şəhərində yerli jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini burada həm Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) rəhbərliyi və əməkdaşları, həm də Azərbaycan mediasının nümayəndələri tərəfindən yeni bir qardaşlıq salnaməsinin yazıldığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

"Türkiyədəki yanğınları qısa müddətdə söndürəcəyik" - Etibar Mirzəyev


"Hər kəs bilməlidir ki, biz qardaş ölkədəki meşə yanğınları bitənə qədər buradayıq və yüksək peşəkarlıqla öz xidməti vəzifəmizi yerinə yetirməyə hazırıq".

Nazir müavininin sözlərinə görə, FHN-in əməkdaşları tərəfindən meşə yanğınlarının söndürülməsi istiqamətində görülən ciddi fəaliyyət sadə vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir:

"Buradakı sadə vətəndaşlar, rayon və kənd əhalisi bizə təşəkkür edir. Biz isə bu fəaliyyətin vəzifə borcumuz olduğunu bəyan etmək istəyirik. Sonuna qədər qardaşlarımızın yanındayıq". (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO