Azərbaycan və Türkiyənin bu universitetləri arasında ikili diplom proqramı imzalandı - FOTO 

Azərbaycan və Türkiyənin bu universitetləri arasında ikili diplom proqramı imzalandı - FOTO 

Hazırda oxunan: Azərbaycan və Türkiyənin bu universitetləri arasında ikili diplom proqramı imzalandı - FOTO 

31905

Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramının imzalanması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, onlayn təşkil edilən mərasimdə Təhsil naziri Emin Əmrullayev ikili diplom proqramının əhəmiyyətinə toxunub və bu cür əməkdaşlıqların iki ölkənin təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Sözügedən proqram bakalavr səviyyəsində 4 ixtisas üzrə (bitki mühafizəsi, aqronomluq, aqromühəndislik və iqtisadiyyat) nəzərdə tutulub.

Proqram çərçivəsində 2021-ci ildən başlayaraq hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege universitetində ödənişsiz təhsil alacaq. İkili diplom proqramının “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulur.
 
İmzalama mərasimində iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ege Universitetinin rektoru Necdet Budak və ADAU-nun rektoru İbrahim Cəfərov çıxış edərək iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsini vacib addım kimi dəyərləndirib, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Daha sonra iki universitet arasında onlayn şəkildə ikili diplom proqramı üzrə müqavilə imzalanıb. İmzalanma mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO