Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verildi

Hazırda oxunan: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verildi

31880

Prezident İlham Əliyev “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 21 oktyabr 2015-ci il tarixli fərmanında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, bundan sonra Şuranın sədri iqtisadiyyat naziri deyil, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM


Əvəzində iqtisadiyyat nazirinin müavini nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavininin əvəzində şuranın üzvlərinin sırasında yer alacaq.

Bundan başqa, fərmana əsasən, Şuranın fəaliyyətini Tarif (Qiymət) Şurasının Katibliyi deyil, Şuranın Katibliyi özü təşkil edəcək. Bu katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO