“ASAN Xidmət”lə bağlı Osman Gündüzdən YENİ TƏKLİF

“ASAN Xidmət”lə bağlı Osman Gündüzdən YENİ TƏKLİF

Hazırda oxunan: “ASAN Xidmət”lə bağlı Osman Gündüzdən YENİ TƏKLİF

31874

Azərbaycanda 21-ci “ASAN Xidmət” mərkəzi açıldı. “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz isə hesab edir ki, indiki dövrdə mütərəqqi model olsa da, yeni modellər hazırlanmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

COVİD-19 ABŞ laboratoriyasından yayılıb? – ALİMDƏN İLGİNC AÇIQLAMA 


O, “facebook” səhifəsində bildirib ki, müasir çağırışlar baxımından “ASAN Xidmət”-in 10 illiyindən sonra bu sahədə yeni konsepsiya ortaya qoyulmalıdır: 

“ASAN Mərkəzlərdə əhalinin sıxğlığı dövlət və qeyri-dövlət sektorunda rəqəmsal transformasiyanın zəif inkişafının göstəricisidir. Əhalinin oflayn xidmətlərə meylli olması elektron xidmətlərin əlçatan və rahat olmaması, rəqəmsal savadlılığın yetərli olmaması ilə bağlıdır”.

Mütəxəssis hesab edir ki, qlobal dünyada baş verənlər mütləq formada, cəmiyyətin bütün sahələrində rəqəmsal transformasiyaya getməyi, əhalinin rəqəmsal savadlılığının artırılmasını zəruri edir: 

“Hökumət indiki məqamda rəqəmsallaşmanı, rəqəmsal hökuməti və rəqəmsal savadlılığın artırılmasını prioritet elan etməli, vəsaitlər bu sahəyə yönəlməlidir. ASAN Mərkəzlər isə başqa – daha modern formada, yığcam formada davam etdirilməlidir”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO