“Telegram”ın qurucusu “İphone”dan narazıdır

“Telegram”ın qurucusu “İphone”dan narazıdır

Hazırda oxunan: “Telegram”ın qurucusu “İphone”dan narazıdır

3182

Telegram mesengerinin yaradıcısı Pavel Durov “İphone” haqqında maraqlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, bu barədə rəsmi “Telegram” səhifəsində yazıb. Durov Stiv Cobsun ölümündən 9 il sonra şirkətin hələ də heç bir əhəmiyyətli yenilik nümayiş etdirmədən, indiyə qədər yaratdığı texnologiya və nüfuz hesabına mövcud olduğunu söyləyib.

“Telegram”ın qurucusu,  7-10 ildən sonra “iPhone” səhmlərinin dünya bazarındakı payının azalacağını proqnozlaşdırıb.

“Bu ilin əvvəlində “İphone” satışlarının 21 %  azalması təcüblü deyil. Bu tendensiya davam edərsə, 7-10 ilə şirkətin bazar payı əhəmiyyətsiz olacaq ",- deyə, o, qeyd edib.

Bundan başqa Durov  yeni “iPhone 12 Pro”modelini sınadığını və bu smartfonun istifadəsindən narazı qaldığını da yazıb.

Eyni zamanda, o, yeni telefonun kamerasını 2012-ci ilin “Beşinci iPhone” modeli ilə müqayisə etdiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO