“Böhran ekstrasensi”ndən dəhşətli proqnoz -  Üçüncü Dünya müharibəsi!

“Böhran ekstrasensi”ndən dəhşətli proqnoz - Üçüncü Dünya müharibəsi!

Hazırda oxunan: “Böhran ekstrasensi”ndən dəhşətli proqnoz - Üçüncü Dünya müharibəsi!

3182

Dünyada “Böhran ekstrasensi”i kimi tanınan məşhur iqtisadçı Nurel Rubindən qorxulu xəbərdarlıq...

Amerikalı professor Nurel Rubinə görə, Yaxın Şərq və Şimalı Afrikadakı qeyri-sabitlik dünyanı təhdid edən hala gəlib. Çökən dövlətlər yenidən bərpa olunmasa və bölgədəki insanlara fürsət verilməsə, yeni bir dünya müharibəsindən qaçmaq mümkünsüzdür.

Dünyanın ən məşhur iqtisadçısı olan amerikalı professor Nurel Rubinin son məqaləsi diqqət çəkib. Məqalədə dünyanın hazırda qarşı-qarşıya olduğu təklükə - III Dünya müharibəsindən bəhs edilir.

2008-ci ildə dünyanı sarsıdan iqtisadi böhranı öncədən bildiyi üçün adı “Böhran ekstarsensi” kimi qalan Rubin, Avropaya “miqrant axını” kimi yansıyan Şimali Afrika və Yaxın Şərq ölkələrindəki xaosun bütün dünyanı əhatə edəcək bir hala gəldiyi haqqda xəbərdarlığını edib. Avropanın daxilindəki parçalanmanın problemlərin həllinə mane olduğunu bildirən Robin, məqaləsində bunlara yer verib: 

“Avropanın strategiyası yoxdur”

"Avropa Birliyi sərhədlərindəki heç bir qeyri-sabitliyi həll edə bilmir, qalmışdı ki, miqrantların məsələsini həll edələr... Onlar bu problemi həll edəcək  bir strategiya formalaşdıra bilmirlər.

Bu gün təxminən 20 milyona yaxın insan  Yaxın Şərq və Şimali Afrikada məskunlaşıb. Avropa 1 milyon miqrantı “həzm etmək”də çətinlik çəkirsə, bəs 20 milyon insanla necə mübarizə aparacaq? Avropa əgər kənar sərhədlərini qorumasa, “Şengen müqaviləs”i ləğv olunacaq. 

Miqrantlara qapıları bağlamaq hazırda milyonlarca miqrantı qəbul edən Türkiyə, Livan və İordaniya kimi ölkələrdə qeyri-sabitlik yaratmaqdan başqa bir işə yaramır. 

Miqrantaları öz ölkəsində saxlamaq üçün Türkiyəyə pul vermək böyük bir maliyyə tələb edir. Həmçinin bu addım uzunmüddəti təminat vermir. 

Bu gün Yaxın Şərqi yenidən inşa etmək və uzunmüddətli sabitlik yaratmaq üçün ancaq “Marşal planı” qədər böyük bir planla ehtiyac var. Avropa bu məsələdə payına düşən məbləği ödəməyə hazırdır? Bu böhranın həlli Avropa və dünya üçün  böyük maliyyələ tələb edir. Yox, əgər bunlar edilməzsə, Üçüncü Dünya müharibəsi başlaya bilər.

"Aralıq dənizi hərbi gəmilərlə qaynayır"

Suriya və İraqda son vəziyyət və İŞİD-ə istiqamətlənən hücumlar Aralıq dənizini hərəkətləndirib. Bu gün bir çox ölkə həmin bölgəyə müharibə gəmilərini göndərib. Aralıq dənizdəki son vəziyyət belədir:

Türkiyə: 34 gəmi

Rusiya: 13 gəmi

Fransa: 5 gəmi

ABŞ: 3 gəmi 

İtaliya: 2 gəmi

İngiltərə, Belçika, İspaniya, Kanada, Portuqaliya, Yunanistan və Hollandiya kimi ölkələrin isə Aralıq dənizində 1 hərbi gəmisi var. (atv.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO