10 noyabra 10 gündən sonra 10 baxış...

10 noyabra 10 gündən sonra 10 baxış...

Hazırda oxunan: 10 noyabra 10 gündən sonra 10 baxış...

3181

Qaliblər mühakimə olunmur...

Birinci Qarabağ Savaşında Azərbaycanın itkilərə məruz qalması cəmiyyətdə dərin psixoloji iz buraxmışdı. Və hər kəs məğlubiyyətdə Rusiyanın əsas rol oynadığına inanırdı. İndi də bu psixoloji “zədə” dəyişməyib.

Baxmayaraq ki, indi də ermənilər eyni taleni yaşayır və məğlubiyyətlərində Rusiyanı günahlandırırlar.

Noyabrın 10-dan sonra bunun bir daha şahidi olduq.

Cəmi 44 gündə düşmənə elə zərbələr vuruldu ki, kənardan baxanlara bu, möhtəşəm nailiyyət təsiri bağışladı. Kənardan baxanlar haqlıdırlar. Lakin... Azərbaycan ictimaiyyəti 10 noyabrda imzalanan sülh razılaşmasına qarşı ikili münasibət göstərir.

Bu da başa düşüləndir.

Bir qrup razılaşmanı Azərbaycanın qələbəsi adlandırarkən, digər qrup rus sülhməramlılarının Qarabağa gəlməsini sual edir. Əksinə, bu razılaşma ilə Azərbaycanın haqqı olan qələbənin dadını hiss etməməsi haqda düşünür. Çünki Birinci Qarabağ Savaşında bizim itkilərimizin əsl səbəbkarı kimi hələ də Yeltsin Rusiyasını görməkdədirlər.

Ancaq zaman dayanmır, dəyişir.

Hətta Qədim Yunanlı Heraklit inanırdı ki, “axan suya iki dəfə girmək mümkün deyil”, çünki bir an öncə su başqa idi.İndi siyasətdə və geosiyasətdə də belədir: hətta indiki geosiyasi vəziyyət 1 il öncəkindən fərqlənə bilər. Bizcə, fərqlənir də. Bir də bu fərqlilik işığında 10 noyabr sazişinə baxaq. Onda möhtəşəm qələbini aydın görə bilərik. İnanmırsınızsa, yazını axıra qədər oxuyun!

Rusiya açıq şəkildə Qarabağ münaqişəsində Azərbaycanın qalib tərəf olduğunu bildirməkdən çəkinir.

Çünki əgər Rusiya siyasiləri açıq şəkildə Azərbaycanı qalib elan etsə, Ermənistan-Rusiya münasibətlərini təhlükəyə atmış olacaq.

Məgər bu, Kremlə lazımdır? Əlbəttə, yox.

Sonra, Rusiyanın Ermənistandakı mövqeləri sarsıla bilər.

Əgər Putin də “noldu, Paşinyan” desə, bu Paşinyanın devrilməsi ilə nəticələnə bilər. İnanın, belədir.

Baxın, bu sözü demədən də Ermənistanda müxalifət hay salıb ki, Putin “özünüz hərəkət edin” ismarıcını verib. Ona görə də müxalifət fəallaşmalıdır.

İndi isə, Ermənistanda Paşinyanın yerinə kimin gələcəyi və yeni şəxsin münaqişəyə və Rusiyaya hansı mövqedən yanaşacağı məlum deyil. Bunun indiki anda Rusiyanın bölgədəki sülhməramlı nüfuzu üçün təhlükəli olmadığını hansı məntiqlə izah edə bilərik? Heç bir!

Amma, Putin ağıllı və təcrübəli siyasətçidir.

Bu amilləri nəzərə alaraq o, öz çıxışlarında həm Azərbaycanın maraqlarına, həm də Ermənistanın maraqlarına uyğun tezislər səsləndirib.Putin Ermənistanın maraqlarını təmin etdiyini göstərmək və Ermənistanı itirməmək üçün, müxtəlif  mesajlar verir (diplomatik gediş).

Lakin digər tərəfdən də Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə uyğun ərazi bütövlüyünü tanıyır.

Müharibənin Ermənistan ərazisində getmədiyini elan etməklə, Azərbaycanın ərazi bütövlüyünə diqqət çəkir. Putin “daşları düzüb, indi ermənilərin özləri onları mənalandırsınlar”.

Bizə hər şey aydındır!

Bəlkə də hamıya aydın deyil. Azərbaycan ictimaiyyətindən Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsinin narahatlıq yarandığı yönündə səslər eşidilməkdədir.Çar Rusiyasının və Sovet hərbi birləşmələrinin Azərbaycan tarixində səbəb olduqları hadisələr nəzərə alındığında bu reaksiyanı başa düşmək olur.

Lakin rus sülhməramlılarının gəlişi müəyyən mənada Azərbaycan ərazilərindəki qanunsuz erməni hərbi birləşmələrinin tamamilə çıxarılması deməkdir.

Sülhməramlılar bu işi bizim əvəzimizə həyata keçirəcəksə, nəyi pisdir?Keçirməyəcəksə, bax, onda 10 noyabr sənədi ortaya qoyulacaq.

Yəni 4 il 6 aydan sonra sülhməramlılara “xoş getdiniz” deyə bilərik.

Deməli, hələ Ağdam, Kəlbəcər, Laçın və digər Dağlıq Qarabağ ərazilərindən erməni birləşmələrinin itkilərimiz olmadan, qan tökülmədən çıxarılma şansı mövcuddur.Budur, noyabrın 20-dən Azərbaycan ordusu Ağdama daxil olub!

Deyə bilərik:

10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sülh bəyannaməsi Azərbaycanın birmənalı qələbəsidir.

Həqiqət nədədir?

Ondadır ki, imzalanmış sülh sənədinin Azərbaycan üçün mövcud reallıqlar daxilində ən yaxşı nəticə olduğu aydındır. Azərbaycan cəbhədə mümkün olan hər vasitədən istifadə etməklə döyüşlərdə bariz üstünlüyünü dünyaya nümayiş etdirib. Ermənistan tərəfi isə 44 günlük müharibədə çoxsaylı canlı qüvvə və hərbi texnika itkisinə məruz qalıb.

Ermənistan tərəfi sülh razılaşmasını müharibəni aparmaq imkanları olmaması, daha çox canlı qüvvə və hərbi texnika itkisi verməməsi, mühasirəyə düşmək təhlükəsindən xilas olmaq üçün qəbul edib.Sülh razılaşması Prezident İlham Əliyevin azad olunmuş torpaqlardakı çıxışında da dediyi kimi, Ermənistan tərəfinin birmənalı kapitulyasıyasıdır.

Ermənistanı müqaviləni imzalamağa məcbur edən amil isə məhz Azərbaycanın hərbi gücüdür.

Azərbaycan Prezidenti daim təkrar edirdi: “Bizim yanaşmamız odur ki, bu məsələ hərbi-siyasi yollarla həll edilsin. Mən bunu qəbul edirəm. Münaqişənin həllində hərbi-siyasi yol ən məqbul yoldur.”

Müharibənin hərbi istiqaməti Azərbaycanın birmənalı qələbəsi ilə başa çatıb. Lakin müharibə cəbhədə sona çatsa da, danışıqlar masasında davam edir. Və Azərbaycan hərb meydanında olduğu kimi danışıqlar masasında da düşməndən üstün olduğunu sübut edir.

Sülh razılaşması nəticəsində xüsusilə Zəngəzurdan Naxcıvana dəhlizin açılması məsələsi Azərbaycan diplomatiyasının mühüm uğurlarından biridir.

10 noyabr sənədinə bir də bu yöndən baxanda nə görürük?

İlham Əliyevin münaqişəni həlli modeli işləyir:

Hərbi qələbədən siyasi-diplomatik qələbəyə doğru!

Yəni müharibə sadəcə hərb meydanında bitib, amma diplomatiya sahəsində qaldığı yerdən davam edir.

Və bügünkü Azərbaycan diplomatiya müharibəsində də qələbə qazanacaq gücdə və iradədədir!

Anar Tahirov, Baş redaktor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO