Qadınlar büstqalterlərində nə gizlədir? – Psixoloq bütün SİRLƏRİ açdı 

Qadınlar büstqalterlərində nə gizlədir? – Psixoloq bütün SİRLƏRİ açdı 

Hazırda oxunan: Qadınlar büstqalterlərində nə gizlədir? – Psixoloq bütün SİRLƏRİ açdı 

31714

Bir çox qadınlar gizli, itirməkdən qorxduqları əşyalarını hər zaman etibarlı yer saydıqları büstqalterlərində gizlədirlər. Bu bir növ hər qadının şüur altında yatan instinkdir. 

Araşdırmalara görə, hər qadın bu üsula əl atır və onu daha etibarlı saxlama yeri kimi nəzərində saxlayır. Elə köhnə Azərbaycan filmlərində də bu haqda bəzi səhnələr var. Əsasən də yaşlı nəsil bu üsulu ən etibarlı sayaraq, tez-tez bu vasitədən istifadə edirlər.

Bəs, bu fikir qadında niyə yaranır və səbəbi nədir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan psixoloq Cahan Əliyeva bildirir ki, demək olar ki, dünyanın hər yerində bu qadınlar üçün ən məhrəm saxlama qabı sayılıb.

“Yadımıza salsaq xatırlayarıq ki, bu hərəkəti ən əsasən nənələrimizdə daha çox görmüşük. Bu bir növ dəyərli əşyaların itməməsi və oğurlanmaması üçün qarantiya verirdi. Onlar şüuraltı düşünürlər ki, çantada, sandıqda və ya şkafda saxlanılan pul, açar və ya digər əşyalar nə vaxtsa oğurlana və ya itə bilər.

Bura isə məhrəm yer olduğu üçün heç kəs bunu edə bilməz və gizlətdikləri şeylər daha güvəndə və daima yanlarında ola bilər. Bu bir növ mühafizəkarlıq hissindən irəli gəlir”

Həkim psixoloq belə hallarla özü də qarşılaşdığını deyib.

“Uşaqlıqda harasa gəzməyə gedəndə nənəm hər zaman pulun bir hissəsini çantaya, digər hissəsini və açarını büstqalterdə gizlədərdi. Bu hərəkət bir növ onun adətinə çevrilmişdi. Bir az böyüdükdən sonra mənə bu maraqlı oldu və ona niyə belə etdiyini soruşdum.

O, isə cavabında birdən yolda çanta itər və ya oğurlayarlar, ancaq burdan pul itməz. Beləliklə, başımıza düşünmədiyimiz hadisə gəlsə, yolda qalmayaq, evə qayıtmağa pulumuz olsun - deyə cavab verərdi. 

Düşünürəm ki, bu bir növ hər an ehtiyatlı olmaq üçün düşünülmüş bir addımdır”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO