Mingəçevir su anbarında köməksiz qalan 3 nəfər xilas edilib

Mingəçevir su anbarında köməksiz qalan 3 nəfər xilas edilib

Hazırda oxunan: Mingəçevir su anbarında köməksiz qalan 3 nəfər xilas edilib

31680

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Mingəçevir su anbarında qayıqda köməksiz qalan 3 nəfəri xilas edib.

Bizim.Media-nın xəbərinə görə, hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq qayıqda 3 nəfərin köməksiz qalması ilə bağlı FHN-nin "112" qaynar xəttinə məlumat daxil olub.

Xilasetmə məntəqəsindən təxminən 5 km aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO