Sabah Azərbaycan Ordusunda andiçmə mərasimləri baş tutacaq

Sabah Azərbaycan Ordusunda andiçmə mərasimləri baş tutacaq

Hazırda oxunan: Sabah Azərbaycan Ordusunda andiçmə mərasimləri baş tutacaq

31589

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayacaq. Sonra gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı qəbul edəcəklər.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçəcəkdir.

Xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınmaqla andiçmə mərasiminin, eləcə də gənc əsgərlərin sosial məişət şəraitinin işıqlandırılması, hərbi qulluqçulardan müsahibələrin alınması və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurmaları üçün şərait yaradılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO