Ayrılığın 5 OLMAZI – Tələsik dəyişikliklər etməyin...

Ayrılığın 5 OLMAZI – Tələsik dəyişikliklər etməyin...

Hazırda oxunan: Ayrılığın 5 OLMAZI – Tələsik dəyişikliklər etməyin...

31530

Zaman ayrılıqları yaşamağın əsil pikindədir. İndi tərk olunmaq, ayrılmaq  2X2 kimidir. “Həyatıma qarışma”, “azad olmaq istəyirəm” və s. bəhanələrlə illərin ipini bir anda kəsirlər. Üzüdönüklük indi azadlığın trendidir. 

Cəmiyyəti bürüyən müxtəlif  sosial cərəyanlar qadın hüquqlarının müdafiəsi fonunda ağır fəsadlar da gətirir. İndi kişilərin tərk olunma zamanı gəldi, desək heç kimə qəribə görünməyəcək. Heç qolunu çırmayıb “kişilik xaraxteri” gıstərməyə də dəyməz. Gedəni saxlamaq olmaz! Zatən onun sənin yanında qalacaq quru cismi də boş şeydir. 
Amma ayrılığı yaşamağı bacarmaq lazımdır. Təbii ki, burada hərənin öz fikri ola bilər.

Bizim.Media
Woman.ru-nun psixoloqundan kişilər üçün ayrılığın ilkin dövrü üçün 5 vacib OLMAZ-ı təqdim edir.

1. Yeni saç düzümü və taturiovka – OLMAZ!

Bir müddət kəskin dəyişiklik etməyin, çünki ayrılıqdan sonra tələsik qərarlar qəbul etmək çox asandır. Yenidən emosional olaraq ayağa qalxana qədər bir neçə ay gözləyin. Saç, əlbəttə ki, böyüyür, amma ehtiyatlı olun: uğursuz saç düzümü sizi daha da qaranlıq depressiyanın dibinə atar. Döymələr də təəssüf hissinə səbəb ola bilər, onu neyçün etdirdiyinizi düşünəndə acılarınız təzələnəcək.

2. Ünsiyyət OLMAZ!

Siz bir həftə əvvəl ayrıldınız və hələ də başınızda deyilməyən düşüncələr qalır. Yazmayın və zəng etməyin. Əlbəttə ki, ünsiyyət qurmaq üçün lazım olan məqamlar ola bilər. Məsələn, əşyaları geri qaytarın. Bəlkə də birgə icarə və ya ev heyvanının himayəsi ilə bağlı problemləriniz var. Buna baxmayaraq, münasibətləri daha da aydınlaşdırmaq istəyini yatırın və vaxtı başqa məşğuliyyətlərlə doldurun. Özünüzə yeni reallığa uyğunlaşmaq üçün vaxt verin.

3. Sosial şəbəkələrdə oni izləmək OLMAZ!

Sosial şəbəkələr belə vəziyyətlərdə təhlükəli ola bilər. Iki sərt qayda qoyun: özünüzün şəxsi dramınız haqqında heç bir şey yayınlamayın və əvvəlkini virtual olaraq izləməyə başlamayın, onun orada özünü necə hiss etdiyini və indi nə yaşadığını öyrənməkdən çəkinin.

4. Onunla sevgili və ya dost qalmaq OLMAZ!

Yalnız bir sual verin. Əgər o, mənə dəyər verirdisə, niyə atırdı?  Səni arxadan vuran, amma öldürə bilməyən adamın əlinə bir də niyə bıçaq verməlisən? Belə bir adamla yatıb rahat gecə keçirmək olarmı? Çətin ki. Qoy ayrılığınız son olsun.

5. Barışıq üçün yalvarmaq OLMAZ!

Mənəvi dilənçiliklə məşğul olmayın. Itirdiyiniz ümidə qovuşmaq əvəzinə, sərbəst buraxmağınızın səbəbini təhlil edin. Bundan əlavə, əgər sizin sabiqiniz sizi ikinci dəfə atarsa, bu sizi tamamilə məhv edəcək.

Xəyanət də bir növ vərdişdir, sonra xarakterə dönüşür. Kişi ol!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO