Küçəyə tərk edilən QUNDAQLILAR – Dünyada hər il atılan 2500 uşaq, bəs AZƏRBAYCANDA?

Küçəyə tərk edilən QUNDAQLILAR – Dünyada hər il atılan 2500 uşaq, bəs AZƏRBAYCANDA?

Hazırda oxunan: Küçəyə tərk edilən QUNDAQLILAR – Dünyada hər il atılan 2500 uşaq, bəs AZƏRBAYCANDA?

31484

Son vaxtlar ölkəmizdə yeni doğulmuş körpələrin atılması hallarına tez-tez rast gəlinir. Daha çox zibilxanalara, yarımtikili olan ərazilərə atılan körpələr təsadüfü şəxslər tərəfindən aşkarlanır. Araşdırmalar göstərir ki, körpələrini küçəyə tərk edən qadınlar əsasən yasaq münasibət səbəbindən bu addımı atırlar və cinayəti ana olduqları gün törədirlər. 

Dünyada hər il təxminən 2 min 500 ana yeni doğulmuş körpələrini atırlar. Azərbaycanda isə son 3 ilin statistikasına görə hər il 50-60 uşaq valideynləri tərəfindən tərk edilir və ya küçəyə atılır. Təkcə ötən ay ərzində 3 yeni doğulmuş körpə küçəyə tərk edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ərim dayə ilə əlbir olub...” – Övladları əlindən alınan ANANIN FƏRYADI


Qundaqda olan körpə küçəyə atılandan sonra nə baş verir? 

Uşaq aşkarlandığı zaman müvafiq rayon üzrə hüquq mühafizə orqanlarına müraciət olunur. Bu barədə akt tərtib olunur, sənədləşdirilir və uşaq inspektorunun vasitəsi ilə Səhiyyə Nazirliyinin 1 saylı körpələr evinə yönləndirilir. Əlbəttə ki, aidiyyətu qurum tərəfindən uşağın valideyninin tapılması ilə bağlı araşdırma aparılır. Bir çox hallarda bu uşaqlar körpələr evində qaldıqları müddətdə övladlığa götürməsi üçün müraciət etmiş ailələr, növbədə olan ailələrdən hansısa birinə övladlığa verilmək üçün məhkəmə qaydasında müraciət olunur. 

Bəs valideynləri yenicə doğulmuş körpələrini küçəyə atmağa nə vadar edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaqların atlmasının heç bir əxlaq normalarına sığmadığını qeyd edib:

“Bu məsələ dəyərlərlə bağlıdır. Hansısa adi və kontaktdan hamiləlik səbəb ola bilər. Kiminsə qarşısına fakt qoymaq üçün o hamiləliyi dayandırmamaq  və ya bu təcavüz də ola bilər. Son hadisələrdə narkotikin, təcavüzün, sosial vəziyyətin ağırlığı bu tip hallara səbəbkardır. Amma heç bir halda bu, heç kimə haqq vermir ki, uşağını tərk etsin. Gündəmdə olan məsələ daha çox videogörüntülərin ortaya çıxmasıdır. Bəlkə də atılma halları çoxdur, bizim bundan xəbərimiz yoxdur. Bu statistikanı heç kim vermir”.

Kəmalə Ağazadənin sözlərinə görə hər bir halda küçəyə körpə atılması ilə bağlı hadisə ağrılıdır:

“Biz bu məsələdə günahkar qadını görürük. Amma hamiləlik kələmdən baş vermir ki? Demək ki, bunun partnyoru var. O partnyorun məsuliyyəti nə qədər ortaya qoyulur, bu məsələ də vacibdir. Son vaxtlar daha çox bir nüans müşahidə edirik. Qadından soruşanda ki, uşağa baxmayacaqdınsa, onu niyə dünyaya gətirmisən? Deyir hamiləlikdə imkanı və pulu olmayıb. Əgər bir parça çörək tapıb yemisənsə, arzuolunmaz hamiləliyi də dayandırmaq olar ki, atılmış uşaq olmasın. Hamiləliyin dayandırılmasının əleyhinə olsam da, uşağın atılmasına ikiqat etiraz edirəm”.

Hüquq müdafiəçisi il ərzində 50-60 uşağın küçəyə atılması ilə bağlı rəqəmlərə gəlincə, bu statistikanın ümumi atılmışlara aid olduğunu düşünür:

“Biz övlada bağlı, dəyərlərinizi qoruyan bir millətik. Azərbaycanda yeni doğulmuş körpələrin küçəyə atılması məsələsini digər ölkələrlə müqayisə etmək istəməzdim. Bəlkə də ola bilər. Burada əsas səbəblər uşaqların patalogiya ilə doğulmasından dolayı xəstəxanada imtina verilməsi, təsadüfi kontaktlardan doğulan uşaqların üzə çıxarıla bilməməsidir. Övladlığa uşaq götürülmə ilə bağlı müraciətlər daha çox körpə uşaqların götürülməsi ilə bağlıdır. Amma bir çox hallarda deyirlər ki, biz min neçənci və ya 2 min neçənci adamıq. Bu o deməkdir hər kəs sağlam uşaq götürdüyü üçün atılan körpələr heç də sağlam deyil”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO