Deputatdan jurnalistlərə İRAD: “Əgər peşəkarlıqdan söhbət gedirsə...”

Deputatdan jurnalistlərə İRAD: “Əgər peşəkarlıqdan söhbət gedirsə...”

Hazırda oxunan: Deputatdan jurnalistlərə İRAD: “Əgər peşəkarlıqdan söhbət gedirsə...”

31424

Milli Məclis üzvləri son günlər ard-arda ölkə mətbuatının gündəminə çevrilirlər. Parlamentdə təmsil olunan şəxslərin ictimai xadim olduqlarını nəzərə alsaq, buna təbii də baxmaq olar. Amma təəssüfedici faktdır ki, çox zaman buna millət vəkillərinin özləri də səbəb olur. 

Mətbuatın gündəminə düşən deputatlardan biri də Şəki şəhərini təmsil edən Vüqar İsgəndərovdur.
 

MÖVZU İLƏ BAĞLI:

Müharibə şəraiti yaxınlaşır: “İsrail cürət tapıb İrana hücum etsə...” - Tofiq Abbasovdan PƏRDƏARXASI


Mətbuatda gedən xəbərlər haqda millət vəkili Bizim.Media-ya açıqlamasında belə münasibət bildirib: 

“Dünəndən etibarən bəzi saytlarda mənim haqqımda həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Təəssüf hissi ilə qeyd edirəm ki, 1 illik deputatlıq fəaliyyətimdə demək olar muraciət edən bütün Kütləvi İnformasiya Vasitələri ilə açıq formada işləyirəm. O baxımdan ən azından həmin saytlar mənimlə əlaqə saxlayıb mövqe öyrənə və məlumatları dəqiqləşdirə bilərdi”.

O, bildirib ki, haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Çunki həmin məqalədə yer alan məlumatların əksəriyyəti təhrif olunmuş formadadır. Hazırda Milli Məclis məzuniyyətə buraxılsa da mən iş başındayam. Peşəkar jurnalistikadan söhbət gedirsə, düşünürəm həmin saytlar da mənlə əlaqə saxlamalı idi. Görünür ortada muəyyən qərəz var”.

Sonda deputat bildirib ki, hazırda ölkə gündəmində müzakirə ediləcək daha vacib məsələlər var.

“İstərdik ki, ölkənin taleyüklü məsələlərə mövqe bildirək, nəinki belə həqiqətə uyğun olmayan fikirlərə. Bütün jurnalistlərə dərin hörmətimi bildirərək, hər biri ilə konstruktiv əməkdaşlığa və açıq muzakirələrə hazır olduğumu qeyd edirəm”.

Amma yuxarıda qeyd etdiyimiz kimi, mətbuatın Milli Məclis üzvlərinin həyat və fəaliyyətinə diqqət ayırmaları heç də təsadüfi deyil. Çünki fəaliyyət olan yerdə mütləq nöqsanlar da olur, media isə cəmiyyətin sanitarı kimi bu nöqasanlarla işləməlidir. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO