Ailəsi Gülər Əhmədovayla bağlı yazılara əhəmiyyət vermir

Ailəsi Gülər Əhmədovayla bağlı yazılara əhəmiyyət vermir

Hazırda oxunan: Ailəsi Gülər Əhmədovayla bağlı yazılara əhəmiyyət vermir

31388

Mətbuat mövzu korluğu çəkməsə də son günlər yenidən Gülər Əhmədovayla bağlı sanki artıq gündəmdən çıxmış bu olayı yenidən təzələmək cəhdləri müşahidə edilir. İddia olunur ki, guya sabiq deputat Sevinc Babayevadan başqa daha 9 nəfəri eyni vaxtda ölkədən çıxarıbmış və onlar vasitəsilə çox bir çox məmurları ifşa edəcək qiymətli dosyeləri ayrı-ayrı yerlərdə gizlətməyə müvəffəq olub. Özü də bu 9 nəfərin hamısının qadın olduğu və Gülər Əhmədovanın bu qadınlardan vaxtilə öz maraqları naminə istifadə etdiyi ictimai rəyə təqdim edildi. Daha sonra isə iddia edildi ki, Gülər Əhmədovanın oğlu Toğrul da bu prosesdə iştirak edib və onun həqiqi hərbi xidmət keçdiyi hərbi hissədə qolunun sınması da sən demə təsadüf deyilmiş və bununla keçmiş deputata xəbərdarlıq edilibmiş.Yayılan iddialarla bağlı son vaxtlar mətbuata açıqlama verməkdən qaçan və vəkillərinə də danışmağı qadağan edən Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədova müraciət etdik. Mətbuata açıqlama verməməkdə israrlı olduqlarını vurğuladı, bəzi mətbu orqanların bundan yersiz şou düzəltdiklərindən gileyləndi. Mətbuatın son günlər barələrində yazdıqlarına da əhəmiyyət vermədiklərini söylədi və “yazırlar yazsınlar, onlara yazmağı qadağan etməyəcəm ki” cavabını verdi.  

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO