İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Bizim.Media Ermənistan mətbuatına istinadla xəbər verir ki, cəsəd Cəbrayıl ərazisində aşkar edilib.
MÖVZU İLƏ BAĞLI:
Kəlbəcərlə sərhəddə baş verən atışmada bir erməni əsgər yaralandı
Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Qeyd edək ki, ötən ilin noyabr ayında axtarış işlərinin başlamasından etibarən azad edilən ərazilərdən tapılan erməni cəsədlərinin sayı 1631-ə çatıb.
Bizim.Media