Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi başa çatıb

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi başa çatıb

31307

İyulun 5-dən start verilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə və coğrafiya üzrə test imtahanları keçirilib.

Ümumilikdə 21 iş gününü əhatə edən və ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46 930 namizəd iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO