Lotoda udduğunu bilən qadınların 50 faizi uduş biletini büstqalterində gizlədir.
Bizim.Media xəbər verir ki, dünyada ən geniş yayılmış ad Məhəmməddir. Digər maraqlı faktlara gəlincə:
İnsanlar həyatlarının 3 saatını suyun altında keçirirlər.
Keniya əhalisinin yarısını 15 yaşa qədər olan vətəndaşlar təşkil edir.
Qızların çoxu gecə, oğlan uşaqlarının əksəriyyəti isə səhər doğulur.
Ən çox kürən Şotlandiyada dünyaya gəlir.
Kişilər qadınlardan 40 faiz daha çox tərləyirlər.
İnsanların çoxu gün ərzində 18 min addım atır.
100 yaşına qədər ömür sürənlərin 80 %-i qadınlardır.
Əkizlərin əl izləri müxtəlif olur.
İnsan 10 milyon dəfə gözünü qırpır.
Amerikanların 40 faizi heç vaxt stomatolqa müraciət etməyib.
Hər 3 saniyədə dünyada bir uşaq doğulur.
Həyat ərzində 7 fil ağırlığında – 27 ton qida yeyirik.
Şəhərdə yaşayanların burunu daha çox tüklüdür.
Baharda uşaqlar lap tez böyüyür.
Qeyri-adi ad qoyulan oğlanların yarısında böyüyəndə psixoloji problemlər yaranır. Qızlarda isə bu tip problem yoxdur.
Ana südü ilə əmizdirilən körpələr süni qidayla doyan uşaqlardan daha arıq olurlar.
Amerikanlar pişik yeməyinə uşaq qidasından daha çox pul xərcləyirlər.
35 yaşdan sonra qadınlarda əkiz doğmaq şansı çoxalır.
Hər il təxminən 2 min 500 ana yeni doğulmuş körpələrini atırlar.
Bütün uşaqlar daltonik (yaşı-qırmızı, rəngləri səhv salan) doğulur.
Rusiya ilə ABŞ-ı cəmi 4 kilometr məsafə ayırır.
Taylandda transvestit şagirdlər üçün ayrıca tualeti olan məktəb var.
Evi baha və daha tez satmaq üçün onu sarı rəngə boyamaq kifayətdir.
İsveçrədə məktəb müəlliminin maaşı 33 min dollardan başlayır.
Boliviyada hərbi dəniz flotunun 5 min 400 əməkdaşı var. Amma Boliviyanın dənizə çıxışı yoxdur.
Bizim.Media
![Şəhərdə yaşayanların burnu daha çox tüklüdür – BELƏ FAKTLARI QAÇIRMAQ OLMAZ Şəhərdə yaşayanların burnu daha çox tüklüdür – BELƏ FAKTLARI QAÇIRMAQ OLMAZ](https://bizim.media/file/articles/2021/08/05/1628152294_0de-4-kcur.jpg)
- A-
- A
- A+
Cəmiyyət
20:20 / 05.08.2021
Şəhərdə yaşayanların burnu daha çox tüklüdür – BELƏ FAKTLARI QAÇIRMAQ OLMAZ
Hazırda oxunan: Şəhərdə yaşayanların burnu daha çox tüklüdür – BELƏ FAKTLARI QAÇIRMAQ OLMAZ
Hazırda oxunan: Şəhərdə yaşayanların burnu daha çox tüklüdür – BELƏ FAKTLARI QAÇIRMAQ OLMAZ
31284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.