Ata-ana peyvənd olunmasa, uşaqlar məktəbə buraxılmayacaq? – RƏSMİ AÇIQLAMA

Ata-ana peyvənd olunmasa, uşaqlar məktəbə buraxılmayacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ata-ana peyvənd olunmasa, uşaqlar məktəbə buraxılmayacaq? – RƏSMİ AÇIQLAMA

31192

Valideynləri koronavirus əleyhinə peyvənd olunmayan şagirdlər məktəbə buraxılmayacaq. Azərbaycanda əhali arasında bu cür iddia dolaşmaqdadır.

Bu haqda deyilənlər valideynlər arasında təşviş doğurub. İctimaiyyət arasında böyük narazılıq var, hesab olunur ki, bu uşaqların təhsil alma hüquqlarının kobud şəkildə pozulmasıdır.

Qeyd edək ki, xüsusilə bölgələrdə belə şayələr yayılır. Həm də bununla bağlı təhsil işçilərinə istinad edilir.

İddialar nə dərəcədə doğrudur? 

Təhsil Nazirliyinin mətbuat Cəsarət Valehov bu barədə Nazirlikdə məlumatın olmadığını dedi. “Təhsil Nazirliyinin belə bir göstərişi varmı” sualına nazirliyin sözcüsü “əlbəttə ki, yox” deyə cavab verdi.

Qeyd edək ki, Azərbaycanda vətəndaşların təhsil hüququ Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil haqqında Qanununa və digər normativ-hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.

Uşaqların təhsil hüquqlarının valideynlərlə bağlı olaraq pozulması absurd hesab olunur.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO