Təhsil nazirindən müəllimlərə MÜRACİƏT

Təhsil nazirindən müəllimlərə MÜRACİƏT

Hazırda oxunan: Təhsil nazirindən müəllimlərə MÜRACİƏT

31187

“Təhsil Nazirliyi vakansiyaları hər zaman göstərir və bu çap ediləcək. Əgər düşünürsünüz ki, kimsə hansısa vakansiyalarla bağlı məlumatları gizlədir, onda həmin məlumatları bizə göndərə bilərsiniz”.

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, vakant yerlərin sayını hər il artırmaq mümkündür: “Vakansiyalar fənlər üzrə də fərqlənə bilər. Əvvəllər birinci sinfə şagird qəbulu çox olsa da, bu gün bu göstərici aşağı düşür. Ona görə də ola bilsin ki, növbəti illərdə ibtidai siniflər üzrə vakansiya sayı aşağı düşə bilər”.

O əlavə edib ki, müəllim olmaq istəyən namizədlərin heç də hamısı işsiz deyil: “Bizi də başa düşmək lazımdır ki, hamını Bakıda işə götürə bilmərik.

Kənd məktəblərinin sayı kifayət qədərdir və həmin yerlərə də müəllim göndərmək lazımdır. Bəllidir ki, bəzi xanımların ailəvi məsələlərə görə ora getməsində müəyyən problemlər yaranır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO