Avropa İttifaqını Azərbaycanda bu şəxs təmsil edəcək

Avropa İttifaqını Azərbaycanda bu şəxs təmsil edəcək

Hazırda oxunan: Avropa İttifaqını Azərbaycanda bu şəxs təmsil edəcək

31162

Avropa İttifaqı (Aİ) Azərbaycana yeni səfir təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qərar imzalayıb.

Qərara əsasən, Peter Miçalko Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri təyin olunub.

O, hazırda Aİ-nin Moldovadakı Nümayəndəliyinin rəhbəridir.

Daha əvvəl Peter Miçalko Slovakiyanın Yunanıstandakı səfiri olub.

Qeyd edək ki, bundan əvvəl Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri postunda çalışan Kestutis Yankauksak təşkilatın Qazaxıstandakı Nümayəndəliyin rəhbəri təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO