Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək - Qarabağa qayıdış başlayır

Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək - Qarabağa qayıdış başlayır

Hazırda oxunan: Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək - Qarabağa qayıdış başlayır

31153

Prezident İlham Əliyevin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu sentyabrın 16-17-də “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcək.

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, konfransın plenar iclası Ağdamda, digər iclasları onlayn təşkil olunacaqdır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan QARABAĞDA yeni dünya qurur – Ermənilər bizimlə yaşamaq üçün özləri xahiş edəcək!


Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaq:

- Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;- Ağdamın və
bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;

- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;

- Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı.

Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcəkdir. Məqalə və tezislər yalnız elektron formada, Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Məqalələr sentyabrın 10-dan gec olmayaraq elektron formada [email protected] ünvanına göndərilməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO