Sönmüş telefonlarda bizə necə QULAQ ASIRLAR? – Məlumatlarımız köçürülüb SAXLANILIR

Sönmüş telefonlarda bizə necə QULAQ ASIRLAR? – Məlumatlarımız köçürülüb SAXLANILIR

Hazırda oxunan: Sönmüş telefonlarda bizə necə QULAQ ASIRLAR? – Məlumatlarımız köçürülüb SAXLANILIR

31036

Cib telefonu həyatımızın ayrılmaz hissəsidir. Daim özümüzlə gəzdirir, yatarkən belə çarpayımızın yanına qoyuruq. Heç də hər kəsə məlum deyil ki, telefonlar istənilən şəxsin dinlənilməsinə, burada olan istənilən məlumatın əldə edilməsinə yol verir. Telefonu söndürmək də çıxış yolu kimi görünməsin – Bu halda da istifadəçinin dinlənilməsi mümkündür.

B&C rabitə agentliyinin idarəedici ortağı Mark Şerman telefonda heç zaman maliyyə söhbətlərinin edilməməsini tövsiyyə edib. Onun sözlərinə görə, bu müzakirələr fırıldaqçıların bank hesablarını müəyyənləşdirməsinə imkan verir. 
 

MÖVZU İLƏ BAĞLI:

20 ölkədən Azərbaycana gəlmək olar, bəs BİZDƏN? – SİYAHI 


Yüksək vəzifəli şəxslər həm də bu amilə görə vacib məsələləri telefon danışıqları deyil, masa arxasında həll etməyə üstünlük verirlər.

Telefonda olan məlumatlarımızı silərkən, onların yox olduğunu zənn edirik. Lakin Mark Şermanın bildirir ki, Android smartfon cihazlarında yaddaş kartından sənədlər silinəndə əslində tamamilə itmir. 

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov Bizim.Media açıqlamasında bildirib ki, müasir smartfonlarda dinləməni həyata keçirən xüsusiyyətlər var: 

“Əvvəlki telefonların isə içinə dinlənmə qurğusu qoyulurdu. Qeyd olunan məlumatların uzaqda depolanması, dinlənilməsi üçün internet lazımdır. Amma xüsusi imtiyazları olan şəxslər – dövlət qurumları, güc sturkturları üçün internetsiz də dinləməni həyata keçirmək mümkündür. Bunun üçün telefonda GSM-in olması yetərlidir. Hətta 90-cı illərdə - smartfonların olmadığı dövrdə də GSM vasitəsilə telefonları dinlənilmək olurdı”.

Bununla belə Elvin Abbasov deyir ki, telefonların bu imkanlara malik olması təşviş yaratmamalıdır: 

“Bir telefonu izləmək üçün xüsusi mütəxəssis və xüsusi icazə lazımdır. Digər tərəfdən telefonların dinlənilməsi öz-özlüyündə maliyyəsi böyük olan bir prosesdir. Hamını dinləmək üçün böyük bir resurs lazımdır. Adətən filtrlər yaradılır və onlara müəyyən tegg-lər yerləşdirilir ki, ona reaksiya verilsin. Və ya dinləmə altına alınan obyektlə bağlı hər hansı serverdə yedəkləmə prosesi aparılır. Azərbaycanda on milyon insanın dinlənilməsi absurd bir məsələdir. Yəni bunu başqa bir on milyon adam dinləmir, bunu sistem edir və proses limitsiz deyil. Bu məhkəmə qərarları ilə bağlı ola bilər və ya hər hansı bir brend şirkət öz məhsulu olan telefonu izləyə bilər. Yəni hamı dinlənmir, amma məsələn 32-52 nəfərin dinlənilməsi lazımdırsa, onları hər bir halda dinləmək olar. Smartfon varsa, dinləmək də, izləmək də, kamera görüntülərinə müdaixilə edib, baxmaq da olur”.  

Mütəxəssis deyir ki, hakerlərin də internet və qurğular vaistəsilə telefon dinləmələrini həyata keçirməsi mümkündür.

Sönmüş telefonlar vasitəsilə də dinləmə mümkündürmü?


Mütəxəssis telefonların xüsusiyyətlərindən asılı olaraq bunun mümkün olduğunu deyir, qeyd edir ki, əgər düyməni basarkən, telefon açılırsa, deməli o “oyaqdır”.

Telefonlarımızdan məlumatların silinməməsi ilə bağlı Mark Şermanın dedikləri də tam həqiqət imiş.

Elvin Abbasov deyir ki, ümumiyyətlə İT sistemlərində məlumatın silinməsi deyə bir texnologiya yoxdur: 

“Heç bir məlumat silinmir. 5-10 dəfə format eləsəniz, diski sındırsanız belə, əgər bunu əldə edə bləcək mütəxəssis varsa, məlumat ordadır. Bunun üçün böyük institutlar, şirkətlər var. Yəni məlumat həmişə ordadır”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO