Kamran Əliyevin ETİRAFI: “Biz tamamilə başqa hadisə ilə qarşılaşmışıq”

Kamran Əliyevin ETİRAFI: “Biz tamamilə başqa hadisə ilə qarşılaşmışıq”

Hazırda oxunan: Kamran Əliyevin ETİRAFI: “Biz tamamilə başqa hadisə ilə qarşılaşmışıq”

31002

Baş Prokuror Kamran Əliyev deputatların Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı suallarına cavab verib. 

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, qətiyyən bu hərəkət Milli Məclisin nüfuzuna xələl gətirmir: 
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluqdan polisi döyən deputatla bağlı AÇIQLAMA


"Bu başqa şəxs də ola bilər. Bəzən sosial şəbəkələrdə Milli Məclisin ünvanına təhqiredici ifadələr səslənir.

Ancaq bu təkcə Milli Məclislə bağlı yox, digər dövlət qurumlarının da ünvanına səsləndirilir. Vəzifəli şəxslərin 3 kateqoroyası var. Hakimiyyət nümayəndələrinin vəzifəli şəxs olması şübhə doğurmayıb. Milli Məclisin deputatları klassik olaraq vəzifəli şəxslərdir. Niyə 309-cu maddənin 2 ci hisssəsinin seçilməsinə də aydınlıq gətirim. 315 -ci maddə hakimiyyət nümayəndəsinin vəzifəsinin icra etməsiylə bağlıdır. Polis həmin vaxt vəzifəsinin icrasında olmayıb. Çünki hadisə yerinə zəng edilərək çağırılıb. “Deputatın statusu haqqında” qanunda deputatların səlahiyyətləri nəzərdə tutulub. Məhz orada deputat bu səlahiyyətləri aşıb. E. Səlimovun əvvəl təqib və təzyiqə məruz qalması haqqında məlumata gəlincə isə bildirim ki, istintaq materiallarına əsasən belə bir məlumat yoxdur. Biz  Eldəniz Səlimovu hələ toxunulmazlıq məsələsinə görə istintaqa dəvət edə bilməmişik. Ancaq belə hallar varsa, buna da hüquqi qiymət veriləcək. 

Tahir müəllimin yanaşmasının əleyhinəyəm. Biz də başa düşürük ki, hadisənin təfərrüaratları var.

Ancaq məsələ xırda hal olsaydı, İntizam Komissiyasında baxılardı. Siz sonradan tanış olanda biləcəksiniz, biz tamamilə başqa hadisə ilə də qarşılaşmışıq. Bu, başqa müstəvidə olan hadisələrdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO