Döyüldüyü deyilən uşağın valideynləri dayədən yox, videonu yayandan şikayətçidirlər - RƏSMİ  

Döyüldüyü deyilən uşağın valideynləri dayədən yox, videonu yayandan şikayətçidirlər - RƏSMİ  

Hazırda oxunan: Döyüldüyü deyilən uşağın valideynləri dayədən yox, videonu yayandan şikayətçidirlər - RƏSMİ  

30990

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkədə uşağın dayə tərəfindən döyülməsi iddiası ilə məsələni araşdırıb.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Bizim.Media-ya açıqlamasında azyaşlının valideynlərinin Komitəyə dəvət olunduğunu və onlarla söhbət aparıldığını deyib:

“Ana İlahə Xəlilova, ata Anar Xəlilov və dayə Çiçək Cəlilova ilə fərdi söhbətlər aparılıb. Ailə qeyd edib ki, dayə onların qohumlarıdır, ona inanırlar və uşaqla hər zaman yaxşı davranıb. Dayə də öz növbəsində azyaşlının döyülməsi iddiasını inkar edib. Araşdırma zamanı uşağın bədənində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb”. 

Komitə rəsmisinin sözlərinə görə ailə hazırda videonu yayan şəxsdən şikayətçidir və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

Xatırladaq ki, sosial şəbəkələrdə azyaşlının küçədə dayəsi tərəfindən döyüldüyü iddia edilən video yayılıb.

Hadisə zamanı dayə həmin videonu çəkən şəxsə öz iradını bildirir. Bu zaman arabada əyləşən azyaşlı da ağlamağa başlayır. Video ictimailəşəndən sonra özünü uşağın anası kimi təqdim edən şəxs görüntüləri paylaşan səhifələrdən birinə müraciət edərək bundan xəbərdar olduğunu bildirib. Yayılan səs yazılarında həmin qadın övladının idarəolunmaz olduğunu, dayənin də buna görə onu döydüyünü deyib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO