Namizədlər üçün vakansiya seçimi başlayır

Namizədlər üçün vakansiya seçimi başlayır

Hazırda oxunan: Namizədlər üçün vakansiya seçimi başlayır

30914

Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunan fənlər üzrə namizədlər 3 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdi


Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.

Qeyd edək ki, cari ildən etibarən ilk dəfə olaraq müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. Onlar şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO