Müxtəlif peşə sahblərinin maraqlı, həm də gülməli inancları var. Əlbəttə ki, bu inanclara gülən daha çox realist olan insanlardır.
Bizim.Media xəbər verir ki, aktyor və televiziya işçilərinin maraqlı inancları arasında ssenari məsələsi mövcuddur.
MÖVZU İLƏ BAĞLI:
Kasıbsansa özün günahkarsan – PUL haqqında nəyi bilmirik?
Belə ki, ssenari yerə düşübsə, aktyorlar əvvəlcə onun üzərində oturur. Daha sonra oxumağa, əzbərləməyə çalışırlar. Əks halda, uğursuzluq gətirə bilər.
İncəsənət adamları üçün pis əlamətlərdən biri də afişaların yataq, divan və kreslolara qoyulımasıdır. Çünki afişa uzanılı halda ola bilməz. O, işlək halda – divardan asılı olmalıdır. Əllərdə gəzməyən, divara vurulmayaraq uzanılı vəziyyətdə olan afişa teatr tamaşına mənfi enerji verə bilər.
Qaqarinin ruhundan icazə...
Rusiyalı kosmonavtlar uçuşdan qabaq Qaqarinin ruhundan icazə alırlar. Belə ki, əvvəlcə onlar müvafiq memorialı ziyarət edirlər. Həmçinin uçuşdan öncə raketi görmək şəxsi heyətə qadağandır.
Xüsusi qatarlarda raketin havalanmasına baxan texniklər relslərin üzərinə xöşbəxtlik üçün qəpik qoyurlar. Gələcək kosmonavtçıların hamısı uçuş günü saçlarını qırxdırmalıdır. Ayinlər arasında “Səhranın bəyaz günəşi” filminə baxmaq da var.
Paraşütçülər isə tullanmazdan əvvəl şəkil çəkdirmirlər. Çünki onların düşüncəsinə görə bu, məzar rəsmi hesab olunur. Yəni, şəkil çəkdirsələr ölə bilərlər.
Sonda qeyd edək ki, müasir texnologiyalarda da inanclar var. Məsələn sosial şəbəkələrdə virtual məzarlıqlar mövcuddur ki, ölən profil sahibinin əvəzinə paylaşımlar edilir. Bu, həmin adamın hansısa postunun ildönümü yenilənməsidir. İzahı isə əbədilik rəmzi kimidir.
Bizim.Media