Bu gün Milli Məclisdə Eldəniz Səlimovun məsələsinə baxılacaq

Bu gün Milli Məclisdə Eldəniz Səlimovun məsələsinə baxılacaq

Hazırda oxunan: Bu gün Milli Məclisdə Eldəniz Səlimovun məsələsinə baxılacaq

30815

Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu gün saat 12.00-da başlayacaq iclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılacaq.

Qeyd edək ki, Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluqdan polisi döyən deputatla bağlı AÇIQLAMA


Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO