Azərbaycanlı əsirlərə işgəncə verən erməni cinayətkarlara bu gün hökm oxunacaq

Hazırda oxunan: Azərbaycanlı əsirlərə işgəncə verən erməni cinayətkarlara bu gün hökm oxunacaq

30800

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdiriləcək.

Bizim.Media xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edəcək.

Daha sonra Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçə son sözlərini demək təklif olunacaq. Vəkillərin və təqsirləndirilən şəxslərin çıxışlarından sonra məhkəmənin müşavirəyə gedəcəyi və hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 20 il iş istəyib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib. 

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO