“Qusarda Azərbaycan dili yüksək səviyyədə tədris olunur” - RƏSMİ 

“Qusarda Azərbaycan dili yüksək səviyyədə tədris olunur” - RƏSMİ 

Hazırda oxunan: “Qusarda Azərbaycan dili yüksək səviyyədə tədris olunur” - RƏSMİ 

30732

“Qusarda Azərbaycan dili və ədəbiyyatı ixtisaslı 9 nəfər ali təhsilli müəllimə ehtiyac var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Qusar İH başçısının müavini Elman Mustafayev Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı Qusar təhsilindəki bu günki vəziyyətdən danışarkən səsləndirib. 

Onun sözlərinə görə ,son 10-15 illə müqayisədə Qusarda dövlət dilini tədris edən ixtisasll kadrlara olan tələbat indi xeyli azallb: 

"Əgər həmin illərdə məktəblərimizdə təxminən 100 nəfər  ixtisaslı Azərbaycan dili müəllimiminə ehtiyac vardısa, indi bu rəqəm 9-a enib”. 

O, qeyd edib ki, rayonda Azərbaycan dilli məktəblərin sayında da artım var.  

“Hazırda rayondakı 86 təhsil ocağından 78-i sırf Azərbaycan dillidir. Qusarın iki  -Qalacıq və Yeni Həyat kənd  məktəblərində tədris rus dilindədir. Altı məktəbdə isə dərslər qarışıq-Azərbaycan və rus dillərində keçirilir". 

Qusar icra hakimiyyətinin rəsmisi həmçinin, şon illərdə rayon məktəblərində Azərbaycan dilinin fənninin tədris proqramında bir saat artırıldığını da diqqətə çatdırıb. 

Aytəkin Alxaslı, Qusar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO