Azərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, videoformatda keçirilən iclasda Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verilib.
Qeyd edilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 911 daşınmaz əmlakın (11 016 ədəd tikili və 2 895 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb və Laçın rayonunda işlər davam etdirilir.
Həmçinin ilkin inventarlaşdırması aparılmış əmlakların 5 165 (37.1 %) ədədinin əsasən yararlı, 4411 (31.7 %) ədədinin qismən yararlı, 4335 (31.2 %) ədədinin isə yararsız vəziyyətdə olduğu müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:31 / 31.07.2021
Azad edilən ərazilərdə inventarlaşdırılan daşınmaz əmlakın sayı açıqlandı
Hazırda oxunan: Azad edilən ərazilərdə inventarlaşdırılan daşınmaz əmlakın sayı açıqlandı
Hazırda oxunan: Azad edilən ərazilərdə inventarlaşdırılan daşınmaz əmlakın sayı açıqlandı
30639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.