Milli Məclisin növbədənkənar sessiyasının çağırılması üçün imzalar toplanıb.
Bizim.Media xəbər verir ki, müvafiq sayda imzalar toplandığı üçün Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
MÖVZU İLƏ BAĞLI:
Deputat Eldəniz Səlimov polisi döydü - RƏSMİ
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının avqustun 3-də keçirilməsi planlaşdırılır.
Bundan öncə isə avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclasının keçiriləcəyi barədə komissiya üzvləri məlumatlandırılıblar.
İlkin versiyaya görə, Milli Məclisdə deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Baş Prokuror Kamran Əliyevin göndərdiyi təqdimata baxılacaq.
Bizim.Media