Hikmət Hacıyev: ”Ordumuzda kütləvi yoluxma yoxdur”

Hikmət Hacıyev: ”Ordumuzda kütləvi yoluxma yoxdur”

Hazırda oxunan: Hikmət Hacıyev: ”Ordumuzda kütləvi yoluxma yoxdur”

3046

“Bütün vətəndaşlardan xahiş edirik ki, sosial məsafəni gözləsinlər və maskadan istifadəyə xüsusi diqqət yetirsinlər”.

Bizim.Media-nın  məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü,  Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

H. Hacıyev vətəndaşları qapalı məkanlardan keçirilən ictimai tədbirlərdən kənar durmağa çağırıb. Bildirib ki, tibb personalımızın əsgərlərimizin müalicəsinə cəlb olunduğunu nəzərə almalıyıq.

“Ayrı-ayrı hallar istisna olmaqla, Silahlı Qüvvələrimizdə yoluxma kütləvi formada baş verməyib.

Bizim yaralı əsgərlərimiz var və onların koronavirusa yoluxmasının qarşısının alınması da əsas vəzifələrdən biridir.

Onların sağlamlığını qorumaq üçün bu, vacibdir.

Biz Vətən Müharibəsində qalib gəldik, koronavirusla mübarizədə də qalib gəlməyimiz zəruridir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO